XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

02 İyul 2018 - 00:57

Xorvatiya-Danimarka oyununun qalibi də penaltilərlə müəyyənləşdi –Rusiyanın rəqibi bilindi

Dünya çempionatının 1/8 final matçında Xorvatiya və Danimarka yığmaları arasında keçirilən qarşılaşmanın qalibi penaltilərlə müəyyənləşib.

Strateq.az xəbər verir ki, Danimarka 2-ci dəqiqədə Matias Yorqensenin qolu ilə hesabı açıb. Lkain bu qoldan cəmi 2 dəqiqə sonra Xorvatiyanın hücumçusu Mandzukiç hesabı bərabərləşdirib: 1 – 1.

Oyunun əsas vaxtı bu hesabla başa çatıb. Hakim oyuna 30 dəqiqə əlavə edib. 116-cı dəqiqədə xorvatlar penalti  qazanıblar. Lakin Modriçin zərbəsini qapıçı tutub.

Beləliklə, komandalar əlavə vaxtda da fərqlənə bilməyiblər.

Gərgin keçən penalti vuruşlarında hər iki yığmanın qapıçısı bir neçə penalti qaytarıb. Lakin Xorvatiya sonda üstün olub və qələbə qolunu vurub.

Beləliklə, Xorvatiya yığması 1/4 finala vəsiqə qazanaraq, Rusiya komandasının rəqibi olub.