XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

02 İyul 2018 - 11:09

İlqar Məmmədovla bağlı iki məhkəmə qərarı ləğv edildi –Ali Məhkəmə işi yenidən baxılmaq üçün geri qaytardı

 

İyunun 29-da Ali Məhkəmənin Plenumu İlqar Məmmədovun barəsində Ali Məhkəmənin Cinayət Kollegiyasının və Şəki Apellyasiya Məhkəməsinin qərarlarını ləğv edib.

Strateq.az bildirir ki, bu barədə İ. Məmmədovun vəkili Fuad Ağayev məlumat verib.

Onun sözlərinə görə, iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb: “İlqar Məmmədov hələ də həbsdədir. Azərbaycan dövləti Avropa İnsan Hüquqları Məhkəməsinin iki qərarını icra etməli, İlqarı azad etməli, iş üzrə icraata cinayət hadisəsi olmadığına görə xitam verməlidir!” –deyə vəkil qeyd edib.

Onun sözlərinə görə,  Ali Məhkəmə Plenumu əslində Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünü də İlqar Məmmədova aid hissədə ləğv etməli, onun barəsindəki qətimkan tədbirini ləğv etməli, onu azad etməli idi.