XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

02 İyul 2018 - 13:18

Daha 3 nəfərə yüksək vəzifə verildi –Mədəniyyət Nazirliyində növbəti dəyişikliklər

Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda şöbə müdiri vəzifələrinə kadr təyinatları həyata keçirilib.

Bu barədə nazirlikdən Strateq.az-a verilən məlumata görə, Mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən, İsmayıl Hüseynov nazirliyin İncəsənət şöbəsinin müdiri təyin edilib.

Nazirlikdə Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə Cahangir Məmmədov təyin olunub.

Yeni yaradılan Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsi isə Yusif Səfərova havalə olunub.

Qeyd edək ki, nazirliyin Aparatının yeni strukturunun formalaşmasında ölkədə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, müasir texnologiyaların, habelə elmi nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi əsas meyarlar kimi götürülüb.