XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

02 İyul 2018 - 17:00

ABŞ-da idarəolunan yeni nüvə bombası sınaqdan keçirilib  –FOTO

 

ABŞ-ın Energetika Nazirliyinin nəzdində fəaliyyət göstərən Milli Nüvə Təhlükəsizliyi İdarəsi və ölkənin Hərbi Hava Qüvvələri B61-12 idarəolunan nüvə bombasının sınağını keçirib.

TASS  agentliyi  xəbər verir ki, sınaqlardan 2-si iyunun 9-da Nevada ştatında yerləşən “Tonopa” poliqonunda baş tutub. Sınaq zamanı nüvə başlığı olmayan bomba B-2 “Spirit” bombardmançı təyyarəsindən atılıb.

“Uçuş sınaqları B61-12 bombasının dizaynının sistem tələblərinə cavab verdiyini və onun milli təhlükəsizlik tələblərinə uyğun gəldiyini nümayiş etdirib”, – deyə Milli Nüvə Təhlükəsizliyi İdarəsinin nümayəndəsi general Maykl Lutton bildirib.

B61-12 idarəolunan bombanın istifadəsi ABŞ-ın nüvə arsenalındakı B61 bombasının mövcud variantlarını əvəzləməyə imkan verəcək. Bu bombaların 2020-ci ildə istehsal olunacağı bildirilir/Azərtac.