XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 July 2018 - 17:50

Ərdoğan Akşenerə vitse-prezident vəzifəsi verəcək? –AKP-dən yayılan xəbərə reaksiya

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası İYİ partiyanın sədri Meral Akşenerə vitse-prezident vəzifəsi veriləcəyi haqda yayılan xəbərlərə reaksiya verib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə açıqlama verən AKP sözçüsü Mahir Ünal yayılan xəbəri təkzib edib.

O, belə bir məsələnin heç vaxt gündəlikdə olmadığını bildirib: “Belə bir təyinatdan qəti söhbət gedə bilməz”.

Qeyd edək ki, bu xəbəri İYİ partiyadan da təkzib ediblər.