Bu gün Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının 1/8 final mərhələsinin növbəti qarşılaşması Brazilya ilə Meksika arasında baş tutub.
Strateq.az xəbər verir ki, saat 18:00-da “Samara Arena”da başlayan oyunda Brazilyalı ulduz Neymar 51-ci dəqiqədə hesabı açıb – 1-0.
88-ci dəqiqədə Firmino hesabı 2-0-a çatdırıb.
Hakim oyuna 5 dəqiqə əlavə vaxt təyin edib. Lakin bu vaxtda da hesab dəyişməyib – 2-0.
Beləliklə, 5 qat dünya çempionu olan “Sambaçı”lar 1/4 finala vəsiqəni təmin ediblər.
Qeyd edək ki, bu gün saat 22.00-da Belçika ilə Yaponiya yığmaları qarşılaşacaq və bu oyunun qalibi Brazilya ilə 1/4-də oynayacaq.