Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar ertəsi iranlı həmkarı Məhəmməd Cavad ilə telefonda Suriya münaqişəsini, V Xəzər sammiti problematikası və ikitərəfli münasibətləri müzakirə edib.
TASS xəbər verir ki, bu barədə Rusiya XİN-i məlumat yayıb.
“Xarici siyasət idarələri rəhbərləri ikitərəfli qarşılıqlı fəaliyyət, beşinci Xəzər sammiti problematikası və Suriya nizamlanmasının bir sıra aspektlərini müzakirə ediblər”, – deyə diplomatik nümayəndəlikdən bildirilib/Report.