XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 July 2018 - 00:01

DÇ-2018: yaponların 5 dəqiqəyə vurduğu 2 qola Belçika yığması 3 qolla cavab verdi –Son saniyə qələbəsi

Bu gün Dünya Çempionatının 1/8 final mərhələsinin növbəti oyunda Belçika yığması ilə Yaponiya milliləri qarşılaşıb.

Strateq.az bildirir ki, Seneqallı hakimin idarə etdyi oyunun 48-ci dəqiqəsində Haraquçi Yaponiyanın ilk qoluna imza atıb – 1-0.

Belçikalılar bu qolun şokundan çıxmamış isə yaponlar ikinci qolu da vurublar. Belə ki, İnui 53-cü dəqiqədə 22 metrlik məsafədən gözəl zərbə ilə komandasını önə çıxarıb – 2:0.

Bu qoldan sonra Belçika millisi təzyiqi artırıb.

Nəhayət, iki oyunçu dəyişikliyindən sonra Belçika matçın 69-cu dəqiqəsində Verongenin qolu ilə fərqi azaldıb – 2-1.

Bu qoldan 4 dəqiqə sonra isə meydana sonradan daxil olan Fellaini hesaba tarazlıq gətirib – 2-2.

Hakim əsas vaxta 4 dəqiqə əlavə edib.

90+4-cü dəqiqədə Belçika 3-cü qolu vuraraq, yaponların 1/4 final xəyalını yıxıb – 2-3

Qeyd edək ki, Belçika növbəti turda Brazilya millisi ilə qarşılaşacaq.