XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 July 2018 - 05:02

İşıqların sönməsinin səbəbi açıqlandı –Energetika Nazirliyi və “Azərenerji” ASC birgə məlumat yaydı

Bir necə gündür ki, havaların kəskin isti keçməsi nəticəsində elektrik enerjisinə olan tələbat kəskin şəkildə artıb və elektrik avadanlıqlarının istismarında açılmalar baş verib.

Strateq.az xəbər verir ki, bu  barədə Energetika Nazirliyi və “Azərenerji” ASC-nin  Mingəçevir İES-də baş verən hadisə ilə bağlı yaydığı birgə məlumatda qeyd olunub.

Məlumatda bildirilib ki, ilkin ehtimala görə, Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən sistemdə qəza baş verməsi qaçılmaz olub:

“Vəziyyət tam nəzarət altındadır. Ölkə üzrə mərhələli şəkildə enerjinin təminatı bərpa edilməkdədir. Bir sıra bölgələrdə artıq enerji təmintı həyata keçirilib. Qısa müddət ərzində digər yerlərdə də elektrik enerjisinin verilişi bərpa ediləcək”.