XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

03 İyul 2018 - 05:11

Hüquq-mühafizə orqanları gücləndirilmiş rejimə keçdi –Enerji qəzası ilə bağlı

 

 

Respublika ərazisinin elektrik enerjisi ilə təchizatında yaranmış problem ilə əlaqədar olaraq hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçiblər.

“Report” xəbər verir ki, Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları işıqforların işləməməsi səbəbindən paytaxt yollarında nəqliyyatın hərəkətini tənzimləməklə məşğuldurlar.

Yol və Post Patrul xidmətlərinin əməkdaşları Bakının əsas küçə və prospektlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.