XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

14 Yanvar 2016 - 12:45

“Azərbaycan strateji tərəfdaş, “Qazprom” isə sadəcə işğal vasitəsidir” – Petriaşvili

petriasvili“Qazprom”la aparılan danışıqların dövlətin maraqlarına xidmət etməməsi ilə bağlı ciddi şübhələr var”.

Bunu Azad Demokratlar Partiyasının liderlərindən biri olan Aleks Petriaşvili jurnalistlərə açıqlamasında söyləyib. Onun sözlərinə görə, partiya hökumətin bu barədə aparılan danışıqları gizli saxlamasından narahatdır:

“Bu danışıqlar Azərbaycanın açıqlamalarından sonra daha təhlükəli görünür. Bu açıqlamaya görə, Azərbaycanın Gürcüstanı təbii qazla təchiz etmə baxımından heç bir problemi yoxdur. Biz hökuməti ölkənin təhlükəsizliyi və regionun strateji inkişafını təhlükə altına qoymamağa çağırırıq. Biz Gürcüstanın siyasi təhlükəsi olmayan qazla təmin edilməsi üçün Azərbaycan tərəfi ilə danışıqların maksimal şəkildə gücləndirilməsini tələb edirik. Xatırlayın ki, Azərbaycan bizim strateji tərəfdaşımızdır, “Qazprom” isə sadəcə işğal vasitəsidir”.

Qeyd edək ki, bir müddət öncə Gürcüstanın Energetika naziri Kaxa Kaladze “Qazprom” nümayəndələri ilə Sürixdə gizli görüşüb. Tərəflərin razılığına əsasən Azərbaycanın Gürcüstana satdığı qazın 50%-ni rus qazı əvəz etməlidir. Rəsmi Tiflis isə bu görüş barədə bütün iddiaları təkzib edib. Lakin Energetika naziri Kaxa Kaladze dünən jurnalistlərə açıqlamasında SOCAR-ın Tiflisə “Qazprom”un təklif etdiyi qiymətdən baha qaz satdığını və Azərbaycandan Gürcüstana gələn boru kəmərlərinin ölkənin qaza olan tələbatını ödəməyə qadir olmadığını bildirib. Ölkə müxalifəti də Rusiyadan qaz alınmasının əleyhinə çıxış edib(Axar.az).