Energetika nazirliyi və “Azərenerji”ASC birgə açıqlama yayıb.
Nazirlikdən Strateq.az-a verilən məlumata görə, ötən gün ölkənin elektrik enerjisi sistemində baş vermiş qəzanın nəticələri aradan qaldırılsa da, onun fəsadı səbəbindən axşam saatlarında bəzi yerlərdə elektrik enerjisi məhdudiyyətlə verilir: “Həyati vacib əhəmiyyətli obyektlər elektrik enerjisi ilə artıq təmin edilmişdir. Hazırda vəziyyət nəzarət altındadır və elektrik enerjisinin verilişi bərpa olunur.
Problemin tam həlli üçün zəruri tədbirlər davam etdirilir”.