XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

04 İyul 2018 - 13:22

Bakı Metropoliteni test rejimində işləyəcək –Üç dövlət qurumu birgə məlumat yaydı

Nəqliyyat, Rabitə və Yüksək Texnoloyiyalar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi və “ Bakı Metropoliteni” Qapalı Səhimdar Cəmiyyəti birgə məlumat yayıb.
Strateq.az-ın verdiyi xəbərə görə, məlumatda bildirilir ki, iyulun 3-də “Azərbaycan” İstilik Elektrik Stansiyası-nda baş vermiş qəza səbəbindən təkrar bəzi yerlərdə elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb:

“Nəticədə iyulun 3-ü axşam saat 19 radələrində Bakı Metropoliteninin stansiyalarında qatarların hərəkəti dayanıb. Dərhal metro stansiyalarından və tunellərdən sərnişinlərin təxliyyəsinə başlanılıb. Proses qısa vaxtda uğurla başa çatdırılıb. Qəfil artan sərnişin sıxlığının aradan qaldırılması, əhalinin rahat və təhlükəsiz daşınmasını təmin etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi zəruri tədbirlərin icrasına başlayıb”.

Məlumatda vurğulanır ki, Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən paytaxt ərazisindəki bütün daimi marşrut xətlərinin fəaliyyəti xüsusi rejimə keçirilib və sərnişinlərin ödənişsiz daşınmasına başlanılıb: “Görülən təcili və təxirə salınmaz tədbirlər sayəsində qısa vaxtda metro stansiyaları ətrafında yaranan sərnişin sıxlığı aradan qaldırılıb. Həmçinin Sumqayıt şəhərinə gedən sərnişinlərin daşınması məqsədi ilə “20 Yanvar” dairəsindən birbaşa marşrut xətti təşkil edilib”

Məlumatda habelə vurğulanır ki, qatarların hərəkətini təmin etmək məqsədi ilə elektrik enerjisinin verilişində dayanıqlıq olmadığından Bakı Metropoliteni test rejimində fəaliyyət göstərəcək:

“ Bunu nəzərə alaraq iyulun 4-də paytaxt ərazisindəki bütün daimi marşrut xətləri xüsusi rejimdə fəaliyyətini davam etdirəcək və sərnişinlərin daşınması ödənişsiz həyata keçiriləcək. Səhər saatlarında sərnişindaşıma tədbirlərində fasiləsizliyin təmin edilməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin iştirakı ilə toplantı keçirilib”