XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 İyul 2018 - 20:40

Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edilib- Avropa Parlamentində

Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib.

“Report”un məlumatına görə, sənədin əvvəlində 2017-ci ilin noyabrında Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığı Sammitinin yekun bəyannaməsi, eləcə də beynəlxalq sərhədlərin toxunulmazlığını vurğulayan Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Qlobal Strategiyası, eləcə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək ifadə edilir, 2017-ci il üzrə AP-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə illik hesabatına istinadlar yer alır.

Qətnamədə həmçinin qaçqın və məcburi köçkünlərə dair xüsusi bənd əks olunur və burada Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində münaqişə zonalarında yaşayan çoxsaylı qaçqın, məcburi köçkün və mülki şəxslərin dəstəklənməsi istiqamətində hakimiyyət orqanlarının ciddi səylərinə dəstək verilməsinə çağırış edilir.

Sənəddə Azərbaycanın Avropa İttifaqının enerji sahəsində strateji müttəfiqi olduğu vurğulanır.