XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

04 İyul 2018 - 20:56

Ərdoğan geri çəkildi:"Ölüm hökmünü bərpa etmək asan məsələ deyil"

“Ölüm hökmünü bərpa etmək asan məsələ deyil”.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezident Ərdoğan ölüm hökmünün qəbul ilə bağlı suala cavab verərkən deyib.

Prezident bildirib ki, bunun üçün mövcud qanunlarda mühüm dəyişikliklər həyata keçirilməlidir: “Ona görə ölüm hökmünü geri qaytarmaq asan deyil”.

Xatırladaq ki,  Türkiyədə çevrilişə cəhddən sonra həbs edilən FETÖ üzvləri ilə bağlı ölüm hökmü verilməsini gündəmə gətirən kifayət qədər insanlar var. Həmin vaxtlar isə Ərdoğan “Parlament yeni qanun çıxarıb qarşıma gətirsin, mən təsdiqləyəcəm” deyə, bəyanat da vermişdi.  Bu bəyanata isə Avropa Birliyindən dərhal reaksiya verilərək, belə bir addımın qurumun standartlarılna uyğun olmadığı vurğulanmışdı.