XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

05 İyul 2018 - 11:49

Nazir 3 müşavir və bir şöbə müdiri təyin etdi –Mədəniyyət Nazirliyində növbəti dəyişiklik

Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda şöbə müdiri və nazirin müşaviri vəzifələrinə kadr təyinatları həyata keçirilib.

Nazirlikdən Strateq.az-a verilən məlumata görə, nazir Əbülfəs Qarayevin əmrinə əsasən, yeni yaradılan Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri vəzifəsi Azadə Hüseynovaya havalə olunub

Digər əmrlərlə Yaşar Əliyev, Aydın İsmiyev və Vüqar Şahinzadə nazirin müşavirləri təyin olunublar.