XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

14 Yanvar 2016 - 21:08

Bakıda mühüm razılaşma – 4 ölkə razılıq sənədi imzaladı(FOTO)

1452786874Bakıda Gürcüstan və Azərbaycan ərazisindən keçməklə Ukraynadan ixrac olunan yüklərin Qazaxıstan ərazisinə daşınmasının təşkilində imtiyazlı tarif şərtlərinin müəyyən edilməsi ilə bağlı danışıqlar aparılıb, razılıq əldə olunub.

Strateq.az Azərtac-a istinadən xəbər verir ki, danışıqlarda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Qazaxıstan Dəmir Yolu” SC-nin prezidenti Askar Mamin, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze, “Ukrayna Dəmir Yolu” SC-nin İdarə Heyətinin sədr əvəzi Aleksandr Zavqorodniy, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov iştirak ediblər.

Həmçinin tədbirdə Qazaxıstan, Azərbaycan, Gürcüstan və Ukrayna arasında yükdaşıma həcmi, Avropadan Çinə və Ukrayna, Gürcüstan, Azərbaycan və Qazaxıstan ərazisindən keçməklə geriyə konteyner qatarları üçün rəqabətədavamlı kompleks dərəcələrin müəyyən edilməsi məsələləri müzakirə edilib.

Görüşün yekununa dair dördtərəfli sənəd və Azərbaycanla Gürcüstan arasında ikitərəfli sənəd imzalanıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov imzalanan sənədin əhəmiyyətindən danışaraq bildirib ki, bu yeni bir marşrut xəttinin açılması deməkdir. Burada söhbət Ukraynanın Avropa ilə sərhəddə yerləşən İzov dəmir yolu stansiyasından başlayaraq Qazaxıstanla Çin arasında yerləşən “Dostluq” stansiyasına qədər olan məsafədən gedir.

Onun sözlərinə görə tərəflər bu gün həm də aşağı tarif siyasətini müəyyənləşdirib, marşrutun işlənməsi üçün daha komfort şərait yaradılması barədə razılığa gəlinib.

Cavid Qurbanov qeyd edib ki, hesablamalara görə bu marşrutla ayda ən azı 8 qatarın keçməsi mümkündür.