XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

14 Yanvar 2016 - 22:51

İcra Hakimiyyətinin işçisi saxlanıldı –Füzulidəki aksiyaya görə

qandal-vezifeFüzuli rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

APA-nın məlumatına görə, Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Şakir Hacıyev yanvarın 13-də rayonda baş verən hadisələrlə bağlı saxlanılıb. Hadisə ilə bağlı daha bir neçə nəfərin də saxlanıldığı qeyd olunur.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bağır Aslanov APA-ya Ş. Hacıyevin saxlanılması faktını təsdiqləyib.