XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

15 Yanvar 2016 - 01:23

“Təlaşa düşməyə əsas yoxdur” –PA-dan iqtisadi böhranla bağlı açıqlama

PA“Bu gün dünyanı ağuşuna alan iqtisadi böhran Azərbaycana da təsir etməyə bilməzdi. Biz bu vəziyyətdən də çıxacağıq”.

Strateq.az APA-ya istinadən xəbər verir ki, bunu Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov söyləyib. N. Məmmədov deyib ki, təlaşa düşmək lazım deyil:

“Dünyada tez-tez müxtəlif təbii fəlakətlər müşahidə edirik. Məsələn, ABŞ-da, Böyük Britaniyada, Rusiyada hər il subasmalar, təbii fəlakət olur, minlərlə ev su altında qalır. Ancaq həmin fəlakətlər zamanı biz əhalidə xüsusi təlaşı müşahidə etmirik.

Bu gün mediamızın günün reallıqlarını əhaliyə çatdırması baxımından üzərinə böyük vəzifə düşür. Mediamız da insanlara günün reallıqları çatdırmalı, əhalini maarifləndirməlidir. Azərbaycan bu vəziyyətdən çıxmağa qadirdir, təlaşa düşməyə əsas yoxdur”.