XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

15 Yanvar 2016 - 10:24

Torpaq sahələri ilə bağlı qanun dəyişdi –Sərəncam

Ilham_aliyev_albom_110712Azərbaycan prezidenti İlham Əliyev Torpaq Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. 

Strateq.az xəbər verir ki, sərəncama əsasən Nazirlər Kabineti qanun və prezident aktlarını “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim edəcək.

Bundan başqa, Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat verməlidir.

Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməsi tapşırılıb.

Qeyd edək ki, dəyişikliyə əsasən, Azərbaycan Torpaq Məcəlləsinin 50-ci maddəsinin 3-cü hissəsi aşağıdakı redaksiyada verilir:

“3. Torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə – on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün – on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə – on beş ildən 49 ilədək müəyyən oluna bilər.”.