XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 İyul 2018 - 14:14

Erməni nazir Məmmədyarovla görüş planlaşdırır:"Danışıqlar prosesinin dinamikasını saxlamaq vacibdir"

“Ermənistan üçün Dağlıq Qarabağa dair danışıqlar prosesinin dinamikasını saxlamaq vacibdir”.

Bu barədə Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan “Şant” yerli telekanalına müsahibəsində bildirib.

O, həmçinin deyib ki, azərbaycanlı həmkarı ilə tezliklə görüş planlaşdırılır.

“Sülhə səbəb olan atmosferdən danışarkən deyə bilərik ki, bu, geniş konseptə malik prinsipdir və buna atəşkəs rejiminin gücləndirilməsinə aid olan funksiyalar daxildir. Bizim tərəfimizdən heç nə dəyişməyib”, – Z.Mnatsakanyan ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin monitorinq qrupunun genişləndirilməsi haqqında razılaşmaların yerinə yetirilməsi və atəşkəs rejiminə riayət olunmasına nəzarətin vacibliyi ilə bağlı söylədiyi fikri şərh edərək deyib/Report