İranın xarici işlər naziri Məhəmmədcavad Zərif Çinin XİN başçısı Van İ ilə Vyanada keçirilən görüşdə bəyan edib ki, ABŞ nüvə sazişini tərk etdikdən sonra rəsmi Tehran məsuliyyət göstərməyə və nüvə sazişindən çıxmamaq qərarına gəlib.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Çinin xarici siyasət idarəsinin saytında dərc edilmiş bəyanatda deyilir.
Xatırladaq ki, ötən gün Vyanada İranın nüvə sazişinin iştirakçısı olan ölkələrin xarici işlər nazirlərinin iclası keçirilib/Report.