XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

07 İyul 2018 - 18:30

İtaliya ABŞ-ın ən yeni silahından imtina etdi:“Biz daha F-35 təyyarəsi almayacayıq"

İtaliya F-35 qırıcı təyyarələrini almaqdan imtina etdiyini bildirib.

Bu barədə İtaliya Müdafiə naziri Elizabetta Trenta “La7” telekanalının efirində bildirib.

“Biz daha F-35 təyyarəsi almayacayıq. Bizim qərarımız cəriməyə səbəb olacaq. İndi biz müqavilənin şərtləri barədə düşünürük”.

İmtinanın səbəinə gəlincə, İtaliya Milan yaxınlığındakı Kameri avibazasında özü F-35 qırıcıları istehsal edir. Rəsmi Roma bazanın tikilməsi üçün 2,5 milyard avro xərcləyib.

NATO-nun planına əsasən, İtaliya 131 döyüş maşını almalıydı, daha sonra bu rəqəm 90-a endirildi. Hazırda İtaliyanın 10 ədəd F-35 qırıcısı var/Teleqraf.com.