XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 July 2018 - 19:54

İngiltərə yığması İsveçi məğlub etdi –İngilislər 28 il sonra yarımfinala çıxdı

Bu gün DÇ-2018-in 1/4 finalında İngiltərə ilə İsveç millisi qarşılaşıb.

Strateq.az bildirir ki, oyunda hesabı ingilislər açıblar. Belə ki, Harri Makvayn matçın 30-cu dəqiqəsində İngiltərə millisini hesabda irəli çıxarıb: 1-0.

Dele Alli görüşün 58-ci dəqiqəsində 2-ci topu İsveçin qapısından keçirib: 2-0.

Hakim oyunun əsas vaxtına 5 dəqiqə əlavə edib. Lakin bu dəqiqələrdə də hesab dəyişməyib – 2-0 .

Bununla da ingilislər 28 il sonra ilk dəfə yarımfinala vəsiqə qazanıblar.

Günün digər oyununda isə Xorvatiya meydan sahibləri Rusiya yığması ilə üz-üzə gələcək.

Bu oyunun qalibi isə İngiltərənin 1/2-də rəqibi olacaq.