XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 July 2018 - 00:15

Beynəlxalq qurumdan Bəşər Əsəd və Rusiyaya ağır zərbə:"Şərqi Qutada mülki insanlara kimyəvi silah tətbiq edilib"

Beynəlxalq Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (KSQET) Suriyanın Bəşər Əsəd rejiminin Şərqi Qutanın Duma rayonunda mülki insanlara qarşı kimyəvi silah tətbiq etdiyini açıqlayıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, qurum bununla bağlı aparılan araşdırmanın yekunlaşdığını bildirib.

Təşkilatın hesabatına görə, 40 nəfərin həlak olmasına yola açan hücumda silahsız insanlara qarşı xlor qazından istifadə edilib.

Qeyd edək ki, bu il aprelin 7-də bölgədə baş vermiş kütləvi qırğında kimyəvi silahdan istifadə olunduğu iddia edilmişdi.

Dumaya nəzarət edən Bəşər Əsəd ordusu və Rusiya bu ittihamları rədd etdiyi halda, ABŞ, İngiltərə və Fransa Silahlı Qüvvələri birgə əməliyyat təşkil edərək, Əsəd rejiminin kimyəvi silah cəbbəxanalarını vurmuşdu.