XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 July 2018 - 00:53

DÇ-2018-in ən gərgin oyunu:xorvatlar rusları penaltilərlə məğlub etdi

Bu gün DÇ-2018-in 1/4 finalında ev sahibi Rusiya ilə Xorvatiya milliləri üz-üzə gəliblər.

Strateq.az bildirir ki, oyunun 31-ci dəqiqəsində Çereşev Rusiyanı önə çıxaran qola imza atıb.

O, uzaq məsafədən mükəmməl zərbə ilə xorvatların qapıçısı Subaşiçi “ovlayıb” – 1-0.

40-cı dəqiqədə Kramariç hesabı bərabərləşdirir – 1:1

59-cu dəqiqədə xorvatlar Pereşiçin zərbəsi ilə daha bir qol vursa da, hakimin müəmmalı qərarı ilə hesab qeydə alınmayıb.

Maraqlıdır ki, bununla bağlı video-hakimlərin də rəyi olmayıb.

Hakim oyunun əsas vaxtına 5 dəqiqə əlavə edib.

Xorvatiyalı fitbolçular bu dəqiqələrdə ruslara təzyiqi artırıblar. Lakin hesab dəyişməyib və hakim oyuna 30 dəqiqə əlavə edib.

100-ci dəqiqədə xorvatlar “Beşiktaş”lı Vidalın başla vurduğu qolla önə çıxıblar – 1-2

111-ci dəqiqədə Rusiya milliləri iki əlverişli fürsəti qola çevirə bilməyiblər. Xorvatların qapıçısı Subaşiç gözəl oyunu ilə iki qola imkan verməyib.

115-ci dəqiqədə isə Rusiyanın brazilyalı oyunçusu Fernandes cərimə zərbəsindən ötürülən topu başla qola çevirib – 2-2.

120-ci dəqiqə də hesab dəyişmədiyindən qalib penaltilərlə müəyyənləşib.

İlk penaltini ruslar atıb:

  1. Rusiyalı Smolov – vura bilmir, qapıçı Subaşiç qaytarıb.
  1. Xorvatiyalı Borozoviç – 0:1.
  1. Rusiyalı Zaqoyev – 1:1
  1. Xorvatiyalı Kovaçin qolunu isə Akenfeyev qaytarıb .
  1. Rusiyalı Fernandes topu bayıra atıb.
  1. Modriç – 1:2
  1. İqnaşeviç – 2:2
  1. Vidal – 2:3
  1. Kuzayev – 3:3
  1. Rakitiç – 3:4

Və beləliklə, penaltilərlə 4-3 qlaib gələn Xorvatiya yarımfinala vəsiqə qazanıb. Yarımfinalda xorvatların rəqibi  İngiltərə millisi olacaq.