XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

08 İyul 2018 - 12:16

“Məsuliyyətsizlər cəzalandırılacaq” –YAP-çı deputat ölkədə yaranmış enerji böhranını dəyərləndirib

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, deputat Məlahət İbrahimqızı ölkədə baş verən son hadisələrlə bağlı “Azadlıq” radiosunun suallarını cavablandırıb.

Strateq.az saytı həmin müsahibəni oxuculara təqdim edir:

 

– Məlahət xanım, son günlərin hadisələrini – Mingəçevirdəki İES-də baş verənləri, ölkənin qaranlıqda qalmasını necə qarşıladınız?

– Olan şeydir. Gündə sönmür, həftədə sönmür, ayda sönmür, ildə sönmür… İndi bir hadisə olub. Məsuliyyətsizlər, səriştəsizlər, işini yarıtmazlar cəzalandırılacaqlar, onlara adekvat cavab veriləcək. Siz prezidentin müşavirəsinə də baxdınız. Möhtərəm prezident necə sərt çıxış etdi. Bu iş araşdırılır. Dövlət komissiyası yaradılıb. Bir daha deyirəm, cavabdeh adamların zərrə qədər məsuliyyətsizliyi varsa, buna görə adekvat cavab veriləcək.

– Bu müşavirənin ardından bir sual da səslənir ki, niyə prezident “Azərenrji”nin rəhbərini işdən çıxartmadı və ya niyə o şəxsin özü istefa vermədi?

– Cəza verməklə, istefa verməklə iş qurtarırmı ki? Siz hesab edirsiniz ki, ən yaxşı hal istefa verməkdir?

– Adam işini yarıtmayıbsa…

– İstefa verməklə problem həll olunmaz. Nə bilirsiniz, qərar necə olacaq? Ona görə tələsdirmək də lazım deyil, arada katalizatorluq da etməməliyik. Əksinə, bu, tək Azərbaycanda olmayıb ki. Seçkiöncəsi Türkiyədə partiya sədrlərindən birini güllələdilər. Onda gərək istefa verəydi, deyəydi ki, ölkədə fövqəladə haldır? Avropada da belə hallar olur. Fransada neçə vaxtdır tətildir, Makronun istefasını istəyirlər. Prezidentin də hər sözünü sadə insanlar dəyərləndirməyə bilərlər. Bu, vacib də deyil. Amma ziyalı adamlar, ictimaiyyət nümayəndələri, vətəndaş cəmiyyəti, ekspertlər bilirlər ki, prezidentin o sözləri, cavabı nədir. Ona görə də aranı qızışdırmamalıyıq. Sakitcə nəticəni gözləməliyik.

– Sizcə, işi yarıtmaz vəzifəli şəxs vəzifədən uzaqlaşdırılmamalıdır?

– Birincisi, o səviyyədə olan məsələlər mənim səlahiyyətimdə deyil, nə də sizin səlahiyyətinizdədir. Prezidentin səlahiyyətindədir. Prezident də o sözləri deyibsə, deməli, o sözlərin arxasında nəsə var. Biz bunu müzakirə etmirik. Mən müzakirə etmək fikrində deyiləm. Yəqin, müşavirəyə siz də qulaq asmısınız. Prezident aidiyyəti adamlara o sözləri ki deyirdi, yəqin dəyərləndirirsiniz, yəqin bilirsiniz hər sözdən sonra atılan addım nə ola bilər. Bu sualınıza cavab verilib. Düzdür?

– Prezident, sadəcə, cavabdeh qurumun rəhbərinə dedi ki, ölkə, xalq qarşısında utanmalısınız. Məsələ utanmaqla bitir, sizcə?

– Bir də qulaq asın. Yaxşı? Oldu? Sağ olun…