XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

22 Aprel 2015 - 06:23

İdarə rəisi: “Bizə Azərbaycan qadının həbsdə olması çox ağırdır, amma…”

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Biləsuvarda yerləşən regional mərkəzinin rəhbərinin həbsdən azad edilməsi xəbərinin doğru olmadığını bildirib.

Strateq.az Lent.az-a istinadən xəbər verir ki, idarə rəisinin sözlərinə görə, bu ayın 7-də Biləsuvarda əməliyyat tədbiri həyata keçirilib və həmin idarənin rəhbəri olan Xoşbəxt Ağayeva saxlanılıb:

“Xoşbəxt Ağayeva barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Sonradan apelyasiya məhkəməsinə müraciət olunsa da, bu qərar qüvvədə saxlanıldı. Düzdü, bizə bir Azərbaycan qadının həbsdə olması çox ağırdır, amma fakt və işin mahiyyəti bunu tələb edir”.