XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

08 İyul 2018 - 21:44

Sabah Ərdoğan and içir –Türkiyə prezidentini 10 min polis qoruyacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah baş tutacaq andiçmə mərasiminə 22 dövlət başçısı qatılacaq.

Strateq.az Axar.az-a istinadən  xəbər verir ki, mərasimlə bağlı xüsusi təhlükəsizlik tədbirləri görüləcək.

Məlumata görə, bunun üçün 10 mindən çox polis asayişin qorunmasına yönləndirilib.

Andiçmədə dövlət başçıları ilə yanaşı, bir sıra ölkələrin nazirləri, parlament rəhbərləri və deputatları da iştirak edəcək.

Qeyd edək ki, R.T.Ərdoğan iyunun 24-də keçirilən prezident seçkilərində 52,5 faiz səslə qalib gəlib.