XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

08 İyul 2018 - 23:18

“Minə yaxın kombayının hamısı satılıb” –“Aqrolizinq” fermerlərə kömək etməkdə acizdir

“Bu il hava şəraiti ilə əlaqədar çovdar yığımı adi vaxtlarda olduğundan tez başladı. Fermerlər çovdarı buğda ilə birlikdə yığmağa başladılar. Və gözlənilməz hadisələrlə əlaqədar kəndlərdə kombaynların çatışmazlığı hiss olunur”.

Strateq.az  xəbər verir ki, bunu virtualaz.org-a açıqlamasında “Aqrolizinq” Səhmdar Cəmiyyətinin şöbə rəisi İsrafil İsmayılov deyib.

“Azərbaycana bu il 260 kombayn gətirilməli idi, ancaq bu günə cəmi 110-u idxal edilib. Buna görə biz daha 150 kombaynın çatdırılmasını gözləyirik. Zaqatala rayonuna gəlincə, bu gün orada cəmi 10 kombayn var”, – deyə İ.İsmayılov vurğulayıb.

“Aqrolizinq” nümayəndəsinin sözlərinə görə, ölkədə cəmi 926 kombayn və onun da hamısı xüsusi şəxslərə satılıb: “Dövlət kombaynların işinə nəzarət edə bilmir, çünki lizinğin qaydalarına əsasən, kombaynlar, başqa kənd təsərrüfatı texnikası kimi, əlverişli şərtlərlə fermerlərə satılır və onların xüsusi mülkiyyətidir. Fermer 20 faiz əvvəlcədən ödəniş edir, kombaynın dəyərinin 40 faizini dövlət bağlayır, qalan 40 faiz isə 10 il ərzində sahibkar tərəfindən ödənilir”.

Zaqatala rayonundakı konkret vəziyyəti və yerli sakinlərin şikayətini şərh edərkən isə İ.İsmayılov deyib ki, Kənd Təsərrüfatı Nazirliyinin və “Aqrolizinq”in situasiyaya təsir imkanı yoxdur.