XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

15 Yanvar 2016 - 15:26

 Obama: “Həyatda dəyişməyəcək üç şey var –ölüm, vergilər və Mişelin..."

obama-xanimiABŞ prezidenti Barak Obama xanımı Mişel Obamanın qarşıdakı prezident seçkilərində namizəd olmayacağını açıqlayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «The Washington Times» qəzeti məlumat yayıb.

«Həyatda dəyişməyəcək 3 şey var – biri ölümdür, biri vergilərdir, biri də  Mişelin prezident seçkilərinə qatılmayacağı» deyə, Ağ Evin rəhbəri bildirib.

Obama onu da bildirib ki, birinci ledi olduğu vaxtlarda Mişelin gördüyü işlərlə qürur duyur.
Söhbət, M.Obamanın uşaqların piylənməsinə qarşı apardığı mübarizədən və vitse-prezident Co Baydenlə birgə hərbiçi ailələrinə yardımından gedir: «Mən əminəm ki, birinci ledi olmadığı vaxtlarda da Mişel əvvəlki kimi fəal olacaq. Üstəlik məndən fərqli olaraq o, cavan görünür».