XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

09 İyul 2018 - 17:30

İran Almaniyadakı pullarını geri çəkir –Sanksiya qorxusu hökuməti hərəkətə gətirib

Rəsmi Tehran Almaniyada bank hesablarındakı 300 milyon avronu geri çəkmək üçün Berlinə müraciət edib.

Almaniya hökuməti hələlik İranın bu təklifini dəyərləndirir. Tehran ehtiyat edir ki, ABŞ-ın ona qarşı maliyyə sanksiyaları qüvvəyə mindikdən sonra ölkədə nağd pul çatışmazlığı yarana bilər.

İran bu səbəbdən Almaniyadakı “Europaeisch-Iranische Handelsbank AG”dəki pullarını geri çəkmək istəyir. Tehran Almaniya Maliyyə Nəzarəti Təşkilatına (BaFin) müraciətində bildirib ki, bank hesablarından geri götürəcəyi pullarla kredit kartlarının xaricdə tanınmaması səbəbindən başqa ölkələrə səhayət edən iranlıların nağd pula olan ehtiyacları qarşılanacaq.

Hazırda BaFin İranın müraciətini nəzərdən keçirir və məsələ ilə bağlı Almaniya baş nazirinin ofisini, xarici və maliyyə nazirliklərini məlumatlandırıb.

“Reuters” xəbər verir ki, ABŞ və İsrailin kəşfiyyat orqanları İranın Avropadan geri çəkəcəyi pulların Yaxın Şərqdəki silahlı qrupların maliyyələşməsinə xərclənəcəyindən qorxurlar. Almaniya hökuməti isə bildirib ki, İranın bu cür plan qurduğuna dair əllərində sübut yoxdur.

Qeyd edək ki, ABŞ 8 mayda İranla olan nüvə sazişindən birtərəfli qaydada çıxaraq, Tehrana qarşı enerji və maliyyə sanksiyalarını bərpa edəcəyini deyib. Vaşinqton hətta bütün müttəfiqlərindən İrandan neft idxalını dayandırmalarını tələb edib. Əks təqdirdə onlara qarşı daha ciddi sanksiyalar işə salacağı ilə hədələyib və heç bir müttəfiqinə güzəştə getməyəcəyini bildirib.

Təzyiqlər nəticəsində artıq Cənubi Koreya son 6 ildə ilk dəfə İrandan neft alışını dayandırıb. Maliyyə sanksiyalarının işə düşəcəyi təqdirdə isə Tehranın Mərkəzi Bankı ABŞ və həmin sanksiyalara qoşulacaq ölkələrlə maliyyə əməliyyatları apara bilməyəcək. Lakin nüvə sazişinin üzvü olan Avropa ölkələri – Almaniya, Fransa və Böyük Britaniya İrana dəstəklə bağlı zəmanət veriblər.(azvision.az)