XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

09 İyul 2018 - 19:58

ATƏT PA-da Azərbaycanın milli maraqlarını əks etdirən qətnamə qəbul olunubAzay Quliyev: "Bu, bizim üçün çox önəmlidir"

Bu gün ATƏT PA-nın yay sessiyası çərçivəsində Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasında qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi  Kristian Vigeninin hazırladığı hesabat və qətnamə layihəsi müzakirə olunaraq təsdiqlənib.

ATƏT məkanında təhlükəsizlik, münaqişələrin həlli və silahlara nəzarət mövzusuna həsr olunan qətnamə layihəsi Azərbaycanın milli maraqlarını əks etdirib. Strateq.az xəbər verir ki, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev CBC-yə müsahibəsində bildirib ki, qətnamə layihəsində Azərbaycan nümayəndə heyətinin irəli sürdüyü təkliflər nəzərə alınıb.

“İlk dəfədir ki, ATƏT PA-nın sənədində işğal olunmuş əazilərdə silahların nəzarətsiz qalması və hər hansı bir formada bu silahlara nəzarət imkanlarının olmaması ATƏT PA tərəfindən ciddi problem kimi qoyuldu. Bu, bütövlükdə təhlükəsizlik sisteminə və ümumilikdə qəbul edilmiş müqavilə əsasında nəzarət sisteminə təhdid olduğu göstərildi.  ATƏT PA bununla bağlı öz narahatlığını ifadə etdi.

İkinci mühüm məqam ondan ibarət oldu ki, ATƏT PA-nın sənədinə yeni bir termin əlavə olundu – boz zonalar – yəni nəzarətsiz qalan zonalar. Bu zonalarda nəzarətsiz hərbi texnikanın, sursatların yerləşdirilməsinin ATƏT üçün təhdid olduğu bildirildi”.

A.Quliyev qeyd edib ki, qətnamədə boz zonalarda qanunsuz hərbi fəaliyyət, yəni hərbi təlimlərin keçirilməsi, işğa olunmuş ərazilərdə qanunsuz hərbi birləşmələrin saxlanılması da ATƏT tərəfindən birmənalı olaraq pislənilib: “Bu sənədlə bağlı üçüncü mühüm  məqam da ondan ibarətdir ki, ATƏT PA Dağlıq Qarabağ ətrafındakı danışıqlarda hansısa nəticə əldə olunmamasından narahatlığını ifadə edib.

“ATƏT PA tərəfləri təxirəsalınmadan substantiv danışıqların aparılmasına səslədi. ATƏT Minsk qrupunun həmsədrlik institutunun DQ münaqişəsinin həlli ilə bağlı fəaliyyətini ikiqat artırılmasını tələb etdi. Bu, bizim üçün çox önəmlidir. Bilirsiz ki, Ermənistanda hakimiyyət dəyişdikdən sonra baş nazir Paşinyan hakimiyyəti danışıqları uzadır, qanunsuz əsassız tələblər irəli sürür. Ümid edirəm ki, bu çağırış həm də Minsk qrupuna çağırış olduğu üçün Minsk qrupunun həmsədr ölkələri də səfirlər də bu istiqamətdə fəaliyyətlərini artıracaqlar”.

Qeyd edək ki, Ermənistan nümayəndə heyəti qətnamə ilə bağlı narazılIğını bildirsə də, bu vacib sənəd Azərbaycan tərəfinin təklif etdiyi formada qəbul olunub. Azərbaycan nümayəndə heyətinin ATƏT PA çərçivəsində uğurları yalnız bununla kifayətlənmir. ATƏT PA-nın 27-ci illik sessiyası sərçivəsində “İpək yoluna dəstək qrupu”nun iclası da keçirilib. Bir il bundan əvvəl yaranan17 dövlətdən ibarət olan qrup üzvlərinin sayı indi 22-yə çatıb. Toplantıda 23-cü üzv – Fransanın da “İpək yoluna dəstək qrupu”a qəbul edilməsi məsələsinə baxılıb və müsbət qərar verilib.