XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

15 Yanvar 2016 - 16:19

“ASAN xidmət”ə yeni səlahiyyətlər verildi

asan-xidmetAzərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN Xidmət”) “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsi haqqında Əsasnamə”də dəyişikliklər edilib.

Əsasnaməyə əsasən, elektron informasiya sistemlərinin və ehtiyatlarının yaradılması və təkmilləşdirilməsi ilə bağlı Agentliyin təşəbbüsçüsü, icraçısı və ya sifarişçisi kimi çıxış etdiyi layihələrin hazırlanmasında və icrasında iştirak etmək, görülən işlər barədə arayışlar, hesabatlar almaq, sorğular verilməsini təklif etmək də şöbənin hüquqlarından biridir.

Bununla yanaşı, hüquqi aktların ekspertizası sektorunun funksiyalarına dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət orqanlarının informasiya sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirmələrin aparılmasında və nəticəsi barədə arayışların, hesabatların hazırlanmasında iştirak etmək də daxil edilib(trend).