Rusiya Ermənistandakı Erebuni aviabazasına MiQ-29 təyyarələri yerləşdirib.
Bu barədə məlumatı Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti yayıb.
Aviabazaya göndərilən təyyarələrin modernləşdirildiyi bildirilib.
Bazaya nə qədər təyyarənin göndərildiyi açıqlanmayıb/Axar.az.