Prezident İlham Əliyev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanındaDənizkənarı Bulvar İdarəsinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, İlqar Əziz oğlu Mustafayev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisi təyin olunub.
Qeyd edək ki, Prezidentin digər sərəncamı ilə Əfqan Sərdar oğlu Şahmarov Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisi vəzifəsindən azad edilib.