İngiltərənin müdafiə naziri Gevin Villiamson Rusiyanı İngiltərə vətəndaşlarını zəhərləməkdə ittiham edib.
Müdafiə naziri bu bəyanatını daha iki nəfərin zəhərlənməsi ilə əlaqədar verib.
“Həqiqət budur k, Böyük Britaniya ərazilərində baş verən hücumların arxasından Rusiya çıxır. Və bu hücumlar bir ingilis vətəndaşının ölümü ilə nəticələnir. Dünya ictimaiyyəti bu hücumu sona qədər qınamalıdır”, – İngiltərə müdafiə naziri bildirib.
Qeyd edək ki, 30 iyun tarixində iki ingilis vətəndaş zəhərlənməsi səbəbindən xəstəxanaya aparılıb. Sonradan onların “noviçak” qazından zəhərləndikləri aşkar olunub.
Zəhərlənən 44 yaşlı Don Stroces dünən vəfat edib, 45 yaşlı Karlos Rovleyin vəziyyəti isə ağırdır/Teleqraf.com.