XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 April 2015 - 07:16

Ən çox korrupsiya faktı özəl sektorda aşkar OLUNUB – RƏSMİ AÇIQLAMA

rusvet.jpg

Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan qurumların adları açıqlanıb.

Strateq.az APA-ya istinadən bildirir ki, bunu 2015-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş mətbuat konfransında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib. Baş İdarə tərəfindən bu ilin birinci rübündə istintaqı tamamlanaraq məhkəməyə göndərilən 39 cinayət işi bir çox sahəni əhatə edib.

Həmin cinayət işlərinin 14-ü özəl sektor, 4-ü icra hakimiyyətləri, 2-si təhsil, 2-si bələdiyyə, 1-i səfərbərlik xidməti, 3-ü bank sektoru, digərləri isə sosial sahə ilə bağlı olub.