XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 July 2018 - 18:36

Deputat İYİ partiyadan istefa verdi –Demokrat Partiyası TBMM-də təmsil olunacaq

Türkiyədə 24 iyunda keçirilən seçkilərdə İYİ Partiya sıralarından TBMM-də təmsil olunmağa haqq qazanan Demokrat Partiyası sədri Gültəkin Uysal Akşənərin partiyasından istefa verib.

Uysalın istefası ilə birlikdə Demokrat Partiyası da TBMM-ə daxil olub.

Bununla da TBMM-də təmsil olunan partiyaların sayı 8-ə çatıb.

Qeyd edək ki, TBMM-də AKP (294 – 4 millət vəkili nazir olduğu üçün hazırda 290), CHP (144), HDP (67), MHP (49), İYİ Partiyası (43), Səadət Partiyası (2) və Böyük Birlik Partiyası (1) təmsil olunur/Axar.az