Prezident İlham Əliyev bu gün bir qrup şəxsin təltif olunması ilə bağlı sərəncam imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin aşağıdakı hakimlərinə “Əməkdar hüquqşünas” fəxri adı verilib:
Rövşən Rəhim oğlu İsmayılov
İsa Əli oğlu Nəcəfov.
***
Prezident İlham Əliyevin digər sərəncamı ilə isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illiyi münasibətilə, məhkəmə orqanlarında və dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiklərinə görə aşağıdakı şəxslər təltif ediliblər:
“Tərəqqi” medalı ilə
Qaracayev Ceyhun Yasinəli oğlu
Şəfiyev Kamran Rauf oğlu
Babayeva Səbinə Sabir qızı
Səlimov Rüstəm Fikrət oğlu
Tağızadə Zərifə Fərhad qızı
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Eyvazov Anar İman oğlu
Ələsgərova Gülzar Tofiq qızı
Qurbanova Həcər Əli qızı
Məmmədov Murad Akif oğlu
Tağıyeva Nərgiz Nazim qızı.