XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

10 İyul 2018 - 22:06

Daha 7 vergi əməkdaşı işdən çıxarıldı:sabiq nazirin tələbə yoldaşı, icra başçısının kürəkəni... - SİYAHI

Vergilər naziri Mikayıl Cabbarov daha 7 nəfər vergi əməkdaşını tutduğu vəzifədən azad edib.

Strateq.az Ölkə.az-a istinadən bildirir ki, Mikayıl Cabbarovun işdən çıxardığı vergi işçiləri arasında sabiq vergilər naziri Fazil Məmmədovun tələbə yoldaşı Gülağa Şirəliyev, Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinin sabiq rəisi Nəsimi Cəfərovun bacanağı, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun kürəkəni Zaur Məmmədov da var.

Beləliklə, işdən çıxarılan vergi işçilərinin siyahısı belədir

Tornayev Ceyhun Qulu oğlu – kiçik vergi xidməti müşaviri,

Muradlı Rəşad Rasim oğlu – birinci dərəcəli müfəttiş,

Seyidov Mirhüseyn Mirsucəddin oğlu – birinci dərəcəli müfəttiş,

Məmmədov Zaur Vasif oğlu – vergi xidməti müşaviri,

Şirəliyev Gülağa Zülfalı oğlu – vergi xidməti müşaviri,

Şərifzadə Ayxan Ramiz oğlu – ikinci dərəcəli müfəttiş,

Surxayzadə Anar Mirxalid oğlu – kiçik vergi xidməti müşaviri.