XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 July 2018 - 22:23

Prezident Brüsselə səfər edib –İlham Əliyev NATO-nun sammitində iştirak edəcək

Azərbaycan Prezidenti İlham Əliyev bu axşam Brüsselə səfər edib.

Qeyd eədık ki, bu barədə Azərbaycan və Türkiyə prezidentlərinin Bakıda keçirilən mətbuat konfransında məlumat verilib.

Prezident İlham Əliyev sabah Brüsseldə NATO-nun iclasında iştirak edəcək.

Xatırladaq ki, NATO-nun 29-cu sammiti iyulun 11-12-də Belçika paytaxtında keçiriləcək.

Onu da qeyd eədk ki, sammitdə bir çox məsələlər müzakirə olunacaq.

Bu barədə ATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Alyansın sammitinin başlanmasına həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, iyulun 11-də sammit çərçivəsində üzv ölkələrin liderləri terrorizmlə mübarizədə NATO-nun rolunun artırılması ilə bağlı təkliflər verəcək, NATO-nun yüzlərlə təlimçisinin iştirakı ilə İraqda yeni təlim missiyasının başlanmasına razı olacaqlar.

Sammitin gedişində müttəfiqlər Skopyeni Şimali Makedoniya Respublikası adı altında NATO-ya üzv olmağa dəvət etmək niyyətindədir.

Sammit tərəfdaş ölkələrin iştirakı ilə Əfqanıstan üzrə görüşlə yekunlaşacaq.