Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda bu gün “Qarabağ” komandası Sloveniyanın “Olimpiya” komandası ilə səfərdə qarşılaşıb.
Strateq.az bildirir ki, komandamız 79-cu dəqiqədə hesabı açıb.
Ev sahiblərindən Abass 85-ci dəqiqədə qırmızı kartla meydandan qovulub.
90+2-ci dəqiqədə isə Qarayev ikinci sarı kartla meydandan qovulub.
Beləliklə, hər iki komandanın 10 nəfərlə bitirdiyi oyunda ilk oyunundan “Qarabağ” qalıb ayrılıb – 0-1.