ABŞ prezidenti Donald Tramp Vladimir Putinlə görüşü gözlədiyini deyib.
Bu barədə o, Brüsseldə NATO sammiti çərçivəsində mətbuat konfransı zamanı deyib.
Tramp bildirib ki, V.Putinlə görüş proqramı zəngin olacaq: ”Görək, nə baş verəcək. Bu görüş səmərəli ola da bilər, olmaya da bilər. Amma fikrimcə, Putinlə görüş əla fikirdir”.
Qeyd edək ki, iki prezidentin görüşü iyulun 16-ı Finlandiyanın paytaxtı Helsinkidə planlaşdırılır/Trend.