XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

13 İyul 2018 - 13:16

Trampın Putini “düşmən” yox, “rəqib” adlandırması qəzəb doğurdu –Senatorlarda çaşqınlıq və narahatlıq yaranıb

ABŞ prezidenti Donald Trampın Rusiyaya “düşmən yox, rəqib” deməsi konqresmenlərin bəzilərində narahatlıq və qəzəb yaradıb.

Konqresmenlərin iyulun 12-də bildirmişdilər ki, Trampın Rusiyanın yanlışlarını gözardı etmək həvəsindən əndişələniblər. Onlar Trampa xəbərdarlıq ediblər ki, iyulun 16-da Helsinkidə keçirilməsi planlaşdırılan sammitdə Rusiya prezidenti Vladimir Putinlə yumşaq davranmasın.

“Putin Amerikanın dostu deyil, heç rəqibi də deyil. Putin Amerikanın düşmənidir , biz bunu arzuladığımız üçün deyil, bunu seçdiyi üçün”, – senatın silahlı xidmətlər komitəsinin sədri Con Makkeyn deyib.

“Helsinki görüşündə Putinin hərəkətlərinə görə məsuliyyətini qabartmaq Prezident Trampın işidir. Bunu etməzsə, dünyada Amerikanın liderliyinə ciddi hökm çıxarılmış olar”, – o söyləyib.

Tramp bu sammitin gərginliyi azaltmaq imkanı yaradacağını vurğulayır. Son illər Rusiyanın Ukraynanın Krım yarımadasını ilhaq etməsi, Suriya prezidenti Bəşər Əsədə dəstəyi, Rusiyanın 2016-cı ildə ABŞ-da seçkiyə müdaxilə ittihamları gərginliyi artırıb.

ABŞ konqresmenlərinin çoxu istəyir ki, Tramp Rusiyanın hərəkətlərini həm Putinlə qapalı, həm də açıq görüşlərində pisləsin.

Konqres ümumilikdə Putin Rusiyasına qarşı sərt mövqe tutub, ötən il demək olar, yekdilliklə Moskvanı hədəfə alan sərt sanksiyaları təsdiqləyib. Konqresmenlər narahatdırlar ki, Trump Putin-i, özəlliklə də, seçkiyə müdaxilə məsələsinə görə məzəmmət edə bilməyəcək. Sanksiya qanunvericiliyinə də əsasən bu ittihamlar səbəb olmuşdu.

Rusiya ittihamları rədd edir. Amma ABŞ-ın kəşfiyyat agentlikləri, senatın kəşfiyyat komitəsi Moskvanın seçkiyə müdaxilə etməsi qənaətinə gəlib. Xüsusi prokuror Robert Müller isə seçki kampaniyası zamanı iddia olunan müdaxiləyə görə Rusiyadan 13 təşkilata və fərdə ittiham irəli sürüb.

Tramp məsələni Putinlə müzakirə edəcəyini söyləyib. Ancaq indiədək tvitlərində Putinin müdaxiləni rədd etməsindən misal çəkib.

ABŞ prezidenti Brüsseldə keçirilən NATO sammiti ərəfəsində zarafatla deyirdi ki, Putinlə görüş onun bir həftəlik Avropa səfərinin “ən asan” hissəsi olacaq

Respublikaçı senator Cef Flak Trampı bu sözlərinə görə tənqid edib.

“Rusiya prezidenti xəyanət və casusluq məktəbi keçmiş biridir. O, opponentlərini həbsə atdırır, qətlə yetirir, mafiya dövlətinə rəhbərlik edir, demokratiyanın düşmənidir. Niyə Putinlə görüş ona qarşı sədd çəkmələrini gözlədiyimiz müttəfiqlərimizlə görüşdən asan olmalıdır”, – Flak senatdakı çıxışında deyib.

(Azadlıq radiosu)