XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

22 Aprel 2015 - 08:03

“Neftçi”də qarşıdurma – Sadıq Sadıqovla Çingiz Abdullayev arasında mübahisə

“Neftçi”də struktur və rəhbər dəyişikliyi olandan sonra yeni rəhbərliyin qəbul etdiyi qərarlardan biri klubun loqosunun yenilənməsinin müzakirəyə çıxarılması haqda oldu. Amma bu qərar birmənalı qarşılanmadı.

“Ağ-qaralar”ın loqosunun növbəti dəfə dəyişdirilməsi təşəbbüsü kəskin etirazlara səbəb oldu.

Komanda.az xəbər verir ki, loqonun dəyişdirilməsi haqda qərar qəbul edilərkən “Neftçi”nin Müşahidə Şurasının üzvləri arasında da qarşıdurma yaranıb. Əldə etdiyimiz məlumata görə, “Neftçi”nin sabiq prezidenti, hazırda Müşahidə Şurasının üzvü olan Sadıq Sadıqovla şuranın sədri çingiz Abdullayev arasında mübahisə olub.

Sadıqov loqonun dəyişdirilməsi haqda ideyaya qarşı çıxaraq, bu fikri pisləyib. O, üzünü çingiz Abdullayevə tutaraq “loqonu niyə dəyişirsiz, bu, nəyə lazımdı?” deyib. Keçmiş prezidentin etirazlarına baxmayaraq, şura üzvlərinin əksəriyyəti Abdullayevin təklifini dəstəkləyib.

Mətbuatın loqonun dəyişdirilməsinə kəskin etirazını görəndən sonra isə çingiz Abdullayev bir qədər “yumşalmağa”, bu məsələnin sadəcə müzakirəyə çıxarıldığını deməyə məcbur olub.

“Neftçi” hazırki loqodan 2004-cü ildən istifadə edir. (Komanda.az)