XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 July 2018 - 19:56

Alışanovla bağlı məhkəmədə qalmaqal –Təqsirləndirilənin oğlu özündən getdi, vəkillər dalaşdı

Bakı Ağır Cinayətlər Məhkəməsində AzTV QSC-nin sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Strateq.az bizimyol.info-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Aqşin Hüseynovun vəkili Gülşən Salmanova çıxış edərək, müdafiə etdiyi şəxs barəsində bəarət hökmünün çıxarılmasını xahiş edib.

O bildirib ki, cinayətin açılmasında Aqşin Hüseynovun xidmətləri olub və saxlandığı gündən bəri istintaqla əməkdaşlıq edib. Vəkil, Aqşinin himayəsində iki azyaşlı uşağının olmasını, ailənin yeganə gəlir gətirən şəxs olmasını yüngülləşdirici hallar kimi hökmdə nəzrə alınmasını istəyib.

Gülşən Salmanovun çıxışına Şücaət Əkbərovun vəkili etiraz edib. Hər iki vəkil arasında mübahisə yaranıb. Hakim hər iki vəkili sakitləşdirib.

Aqşin Hüseynovun digər vəkili Nüşabə Ağayeva da çıxışında müvəkkili barəsində bəraət hökmün çıxarılmasını tələb edib.

Qeyd edək ki, məhkəmə istintaqı zamanı digər təqsirəndirilənlər, xüsusilə də Şücaət Əkbərovla Aqşin Hüseynov arasında dəfələrlə mübahisə düşüb və bir-birlərinin ünvanına kəskin ittihamlar, ağır ifadələr işlədiblər.

Ş.Əkbərov iddia edib ki, A.Hüseynov istintaq və zərərçəkən tərəflə danışığa gedərək onun əleyhinə ifadə verib.

Vəkilləri Aqşindən Şücaətin əleyhinə ifadəni təzyiq altında alındığını deyərək, onun ifadəsinin sübutlar siyahısından çıxarılması barədə vəsatətlə çıxış ediblər: “O, danışığa gedib və yüngül cəza verilməsi qarşılığında əməkdaşlığa razı olub”. Məhkəmə isə vəsatəti təmin etməyib.

Prosesdə təqsirləndirilən Qoçəli Cəbiyevin vəkili müdafiə çıxışı edib. O bildirib ki, müvəkkili tutulan zaman sağlam olmasına baxmayaraq sonradan əlil olub və hazırda birinci qrup əlildir. “O həbsdə saxlanajn zamandan sağlamlığını itirib. Böyrək çatışmamazlığı var. Həmçinin müvəkkilimə istintaq dövründə təzyiqlər olub və ifadəni o vəziyyətdə verib. Məhkəmədə həmin ifadələrdən imtina edib. Onunla bağlı ittihamlar məhkəmə dövründə sübuta yetirilmədi. Bunları nəzərə alıb ona bəraət hökmünün verilməsini tələb edirik”.

İcas davam edən zaman təqsirləndirilən Qoçalı Cəbiyevin prosesdə iştirak edən oğlu sudurğa keçirib. Ona su verərək özünə gətiribər.

Prosesdə təqsirləndirilən Şücaət Əkbərovun vəkili İmanqulu Həsənov da çıxış edib. O , Şücaət Əkbərovun barəsində verilən ittihamların heç birinin məhkəmə dövründə sübuta yetirməyini deyib: “Müvəkkilimin Arif Alışanov və onun ailə üzvləri ilə biznes əlaqələri olub. Onu öldürmək niyyəti olmayıb. İttiham tərəfinin şahidləri hamısı ifadələrini təhrif edərək yalan danışdılar”.

Vəkil sonda müvəkkili barəsində heç bir ittihamın sübuta yetirilmədiyini əsas gətirərək, barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.

Qeyd edək ki, Şücaət Əkbərov da məhkəmə istintaqı zamanı çıxışlarında bildirib ki, Arif Alışanovla yaxın münasibəti olub, onun Şamaxı və Kürdəmirdə dəyəri milyon manatlarla ölçülən torpaq sahələrinin alınmasında “makler” kimi iştirak edib. Ş. Əkbərov iddia edir ki, Alışanov onu şərlədərək həbs etdirir. Bunun səbəbinə gəlincə, Ş. Əkbərov qeyd edir ki, A.Alışanov bir neçə il əvvəl Şamaxıya istirahətə gəldiyi zaman yanında olan qızı dağdan çaya ataraq öldürüb. “Mən də bu cinayətə şahid olduğum üçün məni həbs etdirmək istəyir” – deyə Ş.Əkbərov bildirib.

Arif Alışanovun vəkilləri isə onun dediyini cəfəngiyyat adlandırıb və təqsirləndirilənin özünü müdafiə etmək üçün uydurduğu fikir olduğunu vurğulayıb.