XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

13 İyul 2018 - 22:38

Gəncədə iğtişaş zamanı BP-nin əməkdaşı saxlanılıb –Prokurorluq araşdırma aparır

 

 British Petroleum (BP) şirkətinin əməkdaşı çərşənbə axşamı günü Gəncədə baş vermiş ixtişaşlar zamanı saxlanıb.

BBC News Azərbaycancaya BP şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib ki, onlarda bu haqda məlumat olsa da, saxlanma səbəbi haqqında məlumatsızdırlar: “Bizdə olan məlumata görə, həmin vaxt bir işçimiz yaşadığı Gəncə otelinin qarşısında olub və polis tərəfindən saxlanıb.”

Onun sözlərinə görə, şirkətin həmin otellə müqaviləsi var və həmin əməkdaş orada yaşadığına görə həmin ərazidə olub.Tamam Bayatlı saxlanmış əməkdaşla əlaqə saxlamadıqlarını bildirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “BBC News Azərbaycanca”ya məsələnin araşdırılacağını deyib.