Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Dövlət Dumasındakı çıxışı zamanı GMO meyvələrin ölkəyə gətirilməsinin qadağan olunmasını təklif edib.
Strateq.az bildirir ki, çıxışı zamanı Jirinovski əlində tutduğu armudu göstərərək “müvafiq orqanlar hara baxır? Bu meyvənin tərkibi təhlükəli nitrat qarışığından ibarətdir” -deyə hirslə bildirirb.
çıxışını bitirəndən sonra Jirinovski əlində tutduğu armudla Rusiyanın baş naziri Vladimir Medvedyevin oturduğu kresloya yaxınlaşıb və meyvəni ona uzadaraq “dadına baxın” deyib. Buna gülərək reaksiya verən Medvdeyev “bu armudu yeməyəcəyəm”- bildirib.
Armudu baş nazirin qarşısına qoyan Jirinovski tribunanı tərk edib.
X.SƏFƏRLİ