XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

19 Yanvar 2016 - 11:30

Xaricə valyuta köçürmələrində 50 min dollarlıq hədd və 20% ödəniş

dollarAzərbaycanda xariclə valyuta ödənişlərində bəzi yeniliklər tətbiq ediləcək.

Fins.az-ın məlumatına görə, bu “Valyuta tənzimi haqqında” Qanuna edilən dəyişikliklərdə nəzərdə tutulub.

Qanuna görə, fiziki şəxsin özünün və ya yaxın qohumunun adına xarici ölkədə açılmış hesablara 50 min ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə vəsaitin köçürülməsi üzrə – təqvim ili ərzində 50 min ABŞ dolları ekvivalentindən yuxarı məbləğin 20 faizi miqdarında ödəniş ediləcək.

Bu halda fiziki şəxs tərəfindən həmin təqvim ili ərzində fiziki şəxsin hesab açmadan xarici valyutada apardığı pul köçürməsi əməliyyatları da nəzərə alınır.

Bununla yanaşı, müalicə haqqının ödənilməsi ilə bağlı xarici ölkədə yerləşən səhiyyə müssisəsinin hesabına ödənişlər; təhsil haqqının ödənilməsi ilə bağlı xarici ölkədə yerləşən təhsil müəssisəsinin hesabına ödənişlər; xarici ölkələrin məhkəmə və hüquq mühafizə orqanları qərarlarının icrası ilə bağlı ödənişlər bu qaydalara aid deyil. Yəni həmin ödənişlərdən yığım tutulmur.

Bu valyuta əməliyyatları ödəniş kartları vasitəsilə həyata keçirildikdə rezident və qeyri-rezident fiziki və hüquqi şəxs bu barədə əməliyyatın aparıldığı gündən bir ay müddətində ödəniş kartının emitenti olan müvəkkil banka əməliyyatın məbləğinin 20 faizi miqdarında dövlət büdcəsinə icbari yığımın ödənilməsini təsdiq edən sənədi təqdim etməlidir.

Belə sənəd banka təqdim olunmadıqda bank müvafiq valyuta əməliyyatlarının aparılması ona məlum olduğu vaxtdan 5 iş günündən gec olmayaraq bu barədə məlumatı ödəniş kartı ilə müvafiq əməliyyatın aparılmasını təsdiq edən sənədlərlə birgə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir.